Slovakiyada bir sıra obyektlərdə təhlükəsizlik gücləndirilibbackend

Slovakiyada bir sıra obyektlərdə təhlükəsizlik gücləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Robert Fitsoya sui-qəsddən sonra parlamentin binası daxil olmaqla, məktəblər, kütləvi informasiya vasitələrinin redaksiyaları və digər ictimai əhəmiyyətli binalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ölkənin Polis Departamentinin rəisi Lyubomir Solak deyib.

O bildirib ki, müvafiq qərar Baş Prokurorluğun göstərişi əsasında qəbul olunub.

L. Solakın sözlərinə görə, digər siyasi liderlərin, eləcə də ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının ünvanına daxil olan təhdidlərlə bağlı da araşdırma aparır.

Polis rəisi proses yekunlaşana qədər onların mühafizəsi gücləndirildiyini də bildirib.