Slovakiyanın baş naziri: “Aİ və NATO-nun bəzi ölkələri Ukraynaya qoşun göndərə bilər”backend

Slovakiyanın baş naziri: “Aİ və NATO-nun bəzi ölkələri Ukraynaya qoşun göndərə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi Avropa İttifaqı NATO ölkələri öz ordusunu Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.

Siyasətçi bunun ikitərəfli razılaşmalar əsasında edilə biləcəyinə aydınlıq gətirib.

“NATO və Aİ-nin bir qrup ölkəsi ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qüvvələrini göndərməyi düşünür”, – deyə baş nazir bildirib.

Slovakiyanın baş naziri əlavə edib ki, Qərb bölmələrinin Ukraynaya mümkün göndərilməsi Rusiyadan güzəştlər almağa imkan verməyəcək, ancaq münaqişənin gərginləşməsinə kömək edəcək.

Bir gün əvvəl Fiko bildirib ki, Ukraynadakı münaqişədə slovak əsgərlərinin iştirakına qəti şəkildə icazə verməyəcək. O, həmçinin Avropa İttifaqının təhlükəsizlik, kəşfiyyat və siyasi strukturları ilə danışıqlar apardığını açıqlayıb.