Slovakiyanın baş naziri sui-qəsddən sonra səhhətindən danışıbbackend

Slovakiyanın baş naziri sui-qəsddən sonra səhhətindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, sui-qəsd onun sağlamlığına ciddi ziyan vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm”, – deyə Robert Fiko bildirib.

İyunun 3-də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib ki, payıza qədər Robert Fikonun tam sağalması barədə danışmaq mümkün olacaq.

Kalinyak onu da bildirib ki, Fiko evdə tibbi reabilitasiya keçir.

Slovakiyanın baş nazirini güllələyən yazıçı Juraj Tsintula hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib.