Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, qaz tranziti problemi həll olunmazsa, Ukraynaya maliyyə yardımının qarşısını almağa hazırdır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
“Əgər üç həftə ərzində bizə Ukraynanın hər şeyi əngəllədiyi barədə məlumat verilsə, mən heç bir problem olmadan Ukraynaya maliyyə yardımını əngəlləyəcəm”, – deyə siyasətçi söz verib.
Fiko vurğulayıb ki, o, Avropa İttifaqının (Aİ) Kiyevə daha 50 milyard avro verilməsi ilə bağlı qərarına veto qoymağa hazırdır.
Ötən ilin dekabrında başqa bir Avropa ölkəsi Macarıstan Aİ-nin Ukraynaya Avropa Sülh Fondundan 6,5 milyard avro yardım ayırması qərarına veto qoyub.