Smartfonları sürətlə dolduran yeni texnologiya təqdim olunubbackend

Smartfonları sürətlə dolduran yeni texnologiya təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qualcomm” şirkətinin təqdim etdiyi “Quick Charge 5” sürətli doldurma texnologiyası vasitəsilə smartfon cihazı 5 dəqiqə ərzində 50 faiz həcmində doldurulur.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, smartfon batareyasını tam doldurmağa 15 dəqiqə vaxt sərf edən yeni texnologiya 100 Vt-dan artıq güc təmin edərək mövcud “Quick Charge 4” texnologiyasına nisbətən 70 faiz daha səmərəli, dördqat sürətlidir.

Həmçinin “Quick Charge 5” texnologiyasının tətbiqi üçün USB Power Delivery Programmable Power Supply (PD – PPS) standartını dəstəkləyən hər bir adaptorun yararlı olduğu da qeyd olunur.

Yeni texnologiyanı dəstəkləyən smartfonların artıq bu ilin üçüncü rübündən satışa çıxarılacağı güman edilir.