Kiyev və Praqa F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların hazırlanması sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin YouTube kanalında yayımlanan Çexiyanın baş naziri Petr Fiala ilə görüşündən sonra keçirilən brifinqdə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Biz ukraynalı F-16 pilotlarının hazırlanmasında əməkdaşlığa razılaşdıq”, – Şmıqal bildirib.
O, həmçinin bildirib ki, Ukrayna və Çexiya iki ölkənin müdafiə sənayesinin inteqrasiyasının gücləndirilməsi üzrə işə başlamağı planlaşdırır. Siyasətçi başqa təfərrüatları açıqlamayıb.