Baş nazir Denis Şmıqal hakimiyyətin Ukraynalıların Qayıdılması Nazirliyi adlı yeni nazirlik yaratmaq niyyətini şərh edərkən bildirib ki, hazırda ölkədən kənarda 7,5 milyon ukraynalı var və onların vətəninə geri qaytarılması üçün iş təşkil etmək lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Nazirliyin yaradılması ideyası xaricdə olan 7,5 milyon ukraynalıya diqqət yetirməkdir”, – deyə o vurğulayıb.
Şmıqal aydınlaşdırıb ki, hələlik vətəndaşların ölkəyə qaytarılması ilə İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Sosial Siyasət Nazirliyi və digər idarələr ayrı-ayrılıqda məşğul olur. İşi yaxşılaşdırmaq üçün yalnız bu problemlə məşğul olacaq bir komanda yaratmaq qərara alınıb.
Baş nazir qeyd edib ki, yəqin ki, bütün ukraynalılar geri qayıtmaq istəməyəcək, ona görə də biz onları geri qayıtmağa həvəsləndirəcək mexanizmlər hazırlamalıyıq.
O, eyni zamanda yeni nazirliyin “milyonlarla ukraynalının geri qaytarılmasına kömək edəcəyinə” ümid etdiyini bildirib.