Şöbə müdiri yeni yoluxmaların mövsümlə bağlı olmadığını açıqlayıbbackend

Şöbə müdiri yeni yoluxmaların mövsümlə bağlı olmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni yoluxma hadisələri bizi narahat edir. Məsələn, Şəkidə yay aylarında çox yoluxma olmamışdı. Sakit regionlarımızdan idi”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz: “Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq”.