Şöbədə arvadını öldürən sabiq polis əməkdaşından xəbər varbackend

Şöbədə arvadını öldürən sabiq polis əməkdaşından xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi icraata verilib.

NOCOMMENT xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.