Şöbəyə basqın edib miqrantı öldürdülər – Polislərin gücü çatmadıbackend

Şöbəyə basqın edib miqrantı öldürdülər – Polislərin gücü çatmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda kütlə azyaşlı bir neçə qıza qarşı cinsi təcavüzdə ittiham olunan yeniyetməni öldürüb.

NOCOMMENT.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Hindistanın Arunaçal-Pradeş ştatında, Roinq şəhərində baş verib.

Media yeniyetməni miqrant adlandırır. Onun başqa rayondan gəldiyi bildirilir. İddiaya görə, o, məktəb yataqxanasına daxil olaraq 6-8 yaşlı qızlara qarşı zorakılıq edib.

Hadisə qızların valideynlərinin xəstəxanaya getdiyi zaman üzə çıxıb. Uşaqlar mədə ağrılarından və digər problemlərdən şikayət edirdilər. Zorakılıq məlum olanda valideynlərdən biri polisə şikayət edib və yeniyetmə cümə axşamı həbs edilib.

Ötən cümə günü, iyulun 11-də xəbər bütün şəhərə yayılıb və qəzəbli izdiham məhbusun saxlandığı polis idarəsinin qarşısına toplaşıb. Hadisə şahidlərinin sözlərinə görə, insanlar stansiyaya soxulub, cinayətkarı çıxarıb və onu döyərək öldürüblər.

Məlumata görə, izdiham polisdən xeyli çox olub və əlavə qüvvələr gələnə qədər şübhəli artıq ölüb.

Hadisədən sonra Roinqdə komendant saatı tətbiq edilib. Polis vəziyyətin gərgin olaraq qaldığını, lakin nəzarət altında olduğunu deyir. Asayişi qorumaq üçün şəhərə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.\\Lent.az