SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədirbackend

SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, 48 min 69 nəfərdən 5 min 798 nəfəri rəhbər işçilər olub.

Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, ümumi işçilərin 68,8%-i və ya 33 min 71 nəfəri fəhlədir.

SOCAR-da çalışan ümumi işçilərin 17 min 805 nəfərinin ali təhsilli olduğu bildirilir.

Açıqlanan məlumatlardan belə görünür ki, SOCAR-da çalışan fəhlələrin 2 min 807 nəfəri ali təhsilli şəxs olub.