SOCAR-a yeni Baş geoloq təyin olunubbackend

SOCAR-a yeni Baş geoloq təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib.

Bu barədə NOCOMMENT-ə SOCAR-dan bildirilib.

Məlumata görə, A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.

1996-cı ildə SOCAR-ın Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən şirkətin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb, 1999-cu ildən 2007-ci ilə qədər ABŞ-ın “Frontera Resourses” şirkətində baş geoloq, “Salyan OYL” şirkətində işlənmə üzrə geoloq, “Delta Hess (ACG) Ltd.” şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalışıb, 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis, baş geoloq, 2019-cu ildən geoloq olub.

O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunub.

A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.