SOCAR bu əməkdaşlarını işə buraxmayacaq – RƏSMİbackend

SOCAR bu əməkdaşlarını işə buraxmayacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumilikdə SOCAR üzrə qərar budur ki, işə çıxan bütün işçilər və ailə üzvləri peyvənd olunmalıdır. Kim peyvənd olunmasa o ya evdən işləyəcək, ya da ödənişli məzuniyyətə göndəriləcək”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yeniavaz-a açıqlamasında, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, sözügedən qərar SOCAR-ın bütün əməkdaşlarına aiddir: “Məzuniyyətdə olan da, əlbəttə ki, gəlir əldə edəcək. Lakin ödəniş maaşın 2/3 hissəsini təşkil edəcək. Məqsəd budur ki, şirkət tam olaraq normal iş rejiminə qayıtsın, peyvənd olunmayanlar isə digərləri üçün təhlükə mənbəyi olmasınlar. Buna görə şirkət təkidlə təşviq edir ki, hamı peyvənd olunsun. Amma burada işdən çıxarma məsələsi yoxdur. Eyni tələb baş ofisin qarşısına da qoyulub. Fərqi yoxdur əməkdaş dənizdə işləyir, quruda işləyir, ya ofisdə işləyir, rəhbərdir, ya fəhlədir. Bu hamıya aiddir.

Əməkdaşların ailə üzvlərinin də peyvənd olunması təşviq olunur. Dünən elan olunub ki, ailə üzvləri də, baş ofisdə və ya əməkdaşın işlədiyi yerdə gəlib peyvənd oluna bilərlər. Bunun üçün şərait yaradılıb. Ola bilsin ki, bəzilərinin yaşı ölkədə keçirilən vaksinasiya prosesinə görə müvafiq yaş həddinə uyğun gəlmir, amma bizdə yaşdan asılı olmayaraq hər kəsə peyvənd vurulur. Təbii ki, özü və ya ailə üzvlərindən hər hansı birində əks göstərici varsa və ya bu yaxınlarda koronavirusa yoluxubsa, bu istisnadır. Amma hər bir halda normal iş rejiminə qayıtmaq üçün peyvənd olunmaq şərtdir. Hazırda şirkətin işçiləri təşviq etmək üçün bəyan etdiyi qərar budur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda vaksinasiya prosesi könüllülük əsasında aparılır.