SOCAR hesablarının olduğu bankların vəziyyətini daim nəzarətdə saxlayırbackend

SOCAR hesablarının olduğu bankların vəziyyətini daim nəzarətdə saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu ilin yekununda “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, o cümlədən depozitləri 1,856 mlrd. manat təşkil edib. Bu, 2018-ci ilin yekunu ilə müqayisədə 46,9% çoxdur. Sənədə əsasən, 2018-ci ildə bu məbləğ 1,263 mlrd manat təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin ötənilki fəaliyyəti ilə bağlı konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Hesabatda həmçinin deyilir ki, SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında yerləşdirir və hesablarının olduğu bankların vəziyyətini daim nəzarətdə saxlayır.

Eyni zamanda, SOCAR-ın 37 mln manat məbləğindəki məhdudiyyət qoyulmuş pul vəsaitləri Dövlət xəzinə hesabında yerləşdirilib. 2018-ci ildə bu rəqəm 75 mln manat təşkil edib.