SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olundubackend

SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, dənizdə çalışan 82 əməkdaş təxliyə olunub: “Onlar hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.