SOCAR-ın əməkdaşı Xəzərdə itkin düşdübackend

SOCAR-ın əməkdaşı Xəzərdə itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlu itkin düşüb.

Bu barədə NOCOMMENT.az -a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb.

“Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur. Axtarış davam edir”, – İ.Əhmədov bildirib.

Mürsəl Namazov ailəlidir, iki oğlu var. “Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm”, -İ.Əhmədov qeyd edib.