SOCAR-ın işçiləri dənizə nasaz helikopterlərlə aparılır? – İDDİAbackend

SOCAR-ın işçiləri dənizə nasaz helikopterlərlə aparılır? – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR-ın dəniz obyektlərində çalışan 20-21 nəfər neftçi son zamanlar uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşühidə ediblər”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı feysbukda yazıb.

O, bildirib ki, işçilər helikopterlərin köhnə olduğunu deyiblər: “Mi-8 tipli helikopter “Swhs Helicopter Services” şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində (platforma, özüllər və s) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir. İşçilər son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşühidə ediblər. İşçilərin dediyinə görə, helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və digər hissələrində problemlər yaranır.

Problem əsasən AZE 69, 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar məcburi enişi helikopterin resurslarının tükənməsi ilə əlaqələndiriblər”.

Məsələ ilə bağlı SOCAR-dan bildirilib ki, əməkdaşların helikopterlərlə dənizə daşınması “Silk Way” şirkəti tərəfindən həyata keçirilir: “Helikopterlər həmin şirkətin sərəncamındadır və texniki nəzarətin keçirilməsi şirkətin səlahiyyətindədir. Sərnişinlər helikopterlərin texniki vəziyyətində problemlər müşahidə edirsə, vəziyyətin təsvirini, başvermə zamanını və məkanı dəqiq qeyd etməklə, helikopterlərin əməliyyatçısına birbaşa çatdıra bilərlər.

Əməkdaşlar bu cür iradları həm də konkret və dəqiq təsvirlə öz xətti rəhbərliyinə (SOCAR əməkdaşıdırsa, SOCAR-dakı xətti rəhbərinə və ya birbaşa SOCAR rəhbərliyinə sayt üzərindən http://socar.az/socar/az/home/contact-us/email-us) çatdıra bilər. SOCAR-da problemin mövcudluğu təsdiqlənərsə, şirkət aradan qaldırılmasını podratçı şirkət qarşısında qaldıra bilər”.

Məsələ ilə bağlı “Silk Way” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin şirkətin rəsmi saytında yerləşdirilən əlaqə vasitələrinə cavab verilmədi.

Qeyd edək ki, Xızıda baş verən faciəvi helikopter qəzasından sonra bu məsələnin gündəmə gəlməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.