Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Yaşar Lətifovun qanuni təmsilçisi olduğu şirkət ləğv edildiyini açıqlayıb.
NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söhbət “Texas Nafta İndastriz,İnk Şirkəti”nin Azərbaycan Respublikasindakı Nümayəndəliyindən gedir.
Belə ki, Nümayəndəlik ləğv olunduğunu elan edib. Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 14, mənzil 66 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, ABŞ-nin “Texas Nafta İndastriz,İnk Şirkəti” 1996-cı ildə yaradılıb. Neft və qaz yataqlarının işlənilməsi ilə bağlı avadanlıqların tədarükü sahəsində fəaliyyət göstərən şirkətin Azərbaycan Respublikasindakı Nümayəndəliyi isə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Lətifov Yaşar Aydın oğludur. Y.Lətifov 2016-2023-cü illərdə SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışıb. Vitse-prezident vəzifəsindən azad olunandan bir müddət sonra isə onun SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunduğu barədə mətbuatda məlumatlar da yayılıb.