KoronaVirus İnformasiya Portalı
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladıbackend

SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə ildə Azərbaycanın təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birbaşa iştirakı ilə beynəlxalq və regional əhəmiyyətli bir neçə layihə uğurla icra olunub.

NOCOMMENT-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Trans-Anadolu Qaz İxrac Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun tikintisi və istismara verilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, “SOCAR Trading”in fəaliyyət coğrafiyasının, demək olar, bütün mühüm beynəlxalq bazarları əhatə etməsi, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya və digər ölkələrdə kommersiya əməliyyatlarının intensivləşdirilməsi kimi strateji layihələr ölkəmizin beynəlxalq mövqelərini gücləndirib.

O bildirib ki, son illər bütün dünyanın diqqət mərkəzində olan Cənub Qaz Dəhlizi layihəsinin ilkin resurs mənbəyini təşkil edən “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası çərçivəsində dəniz platformalarının inşası və istismara verilməsi, Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya proseslərinin mərhələli şəkildə davam etdirilməsi, “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının tikintisi kimi genişmiqyaslı layihələri bu qəbildəndir: “Eyni zamanda “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə müqavilənin 2050-ci ilədək, “Şahdəniz” layihəsi üzrə müqavilənin isə 2048-ci ilədək uzadılması, yeni Hasilatın Pay Bölgüsü Sazişlərinin və Risk Xidmət Müqavilələrinin imzalanması qeyd olunmalıdır”.

Şirkət prezidentu qeyd edib ki, ötən ilin uğurları siyahısına 2019-cu il noyabrın 30-da TANAP boru kəmərinin Avropaya bağlantısının həyata keçirilməsini, “Ümid” qaz-kondensat yatağında layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılan və yataqda qaz hasilatını gündəlik 3-3,5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırmağa imkan verən yeni quyunun qazılmasına başlanılmasını, SOCAR və Norveçin “Equinor” şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunmasının təsdiq edilməsini, ötən ay həmin yataqda neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan və SOCAR-ın “BOS Shelf” şirkəti tərəfindən tikilən “Qarabağ” dayaq blokunun dənizə yola salınmasını, Cənub Qaz Dəhlizinin əsas hissələrindən birinin – Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğunun “BP Eksploration (“Shah Deniz”) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçməsini və s. daxil etmək olar.