SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? – AÇIQLAMAbackend

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr dəyişiklikləri olması ilə bağlı məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir:

“Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur”.

Unikal.org-un məlumatına görə, SOCAR-ın vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və bir neçəsi işdən çıxarılıb.