SOCAR tabeliyindəki müəssisənin direktorunu dəyişibbackend

SOCAR tabeliyindəki müəssisənin direktorunu dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Fuad Əhmədova həvalə olunub.

Qeyd edək ki, F.Cəfərov həm də SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəridir, şirkətin qonşu ölkədə həyata keçirdiyi layihələrin idarə edilməsi ilə məşğuldur. Onun iş həcminin çox olduğu nəzərə alınaraq və Rusiyadakı layihələrə daha çox vaxt ayırması məqsədi ilə Azərbaycandakı işindən azad edilməsinə qərar verilib.