Soçi Hava Limanında uçuş məhdudiyyətləri ləğv edildibackend

Soçi Hava Limanında uçuş məhdudiyyətləri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) rəsmi nümayəndəsi Artem Korenyako Soçi şəhərinin hava limanında təyyarələrin qəbulu və buraxılışına qoyulan müvəqqəti məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

“Soçi hava limanı. Təyyarələrin qəbulu və buraxılışına qoyulan məhdudiyyətlər ləğv edildi,” – deyə Korenyako yazıb.

Əvvəllər tətbiq olunmuş məhdudiyyətlər qüvvədə olduğu müddətdə Soçiyə uçan 26 təyyarə ehtiyat hava limanlarına yönləndirilib. Məhdudiyyətlər mülki hava gəmisinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunmuşdu.