Soçidə Qarabağla bağlı Ərdoğanla Putin razılığa gəliblərbackend

Soçidə Qarabağla bağlı Ərdoğanla Putin razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr üçtərəfli bəyanatın müddəalarında hər şey nəzərdə tutulub. Laçın dəhlizi ilə bağlı bənd razılaşdırılıb və imzalanıb. Sadəcə olaraq Ermənistan süni ajiotaj yaratmaqla Laçın və digər ətraf ərazilərin özlərinə qaytarılmasını istəyirlər. Buna isə Azərbaycanı işğalçı tərəf kimi göstərərək nail olmaq istəyirlər və buna heç bir zamana nail ola bilməyəcəklər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri Laçın dəhlizinə alternativ çəkilən yolun statusu ilə bağlı hər hansı yeni sənədin imzalanması ehtimalını dəyərləndirərkən deyib. O, bildirib ki, Laçın dəhlizi ilə bağlı müddəada alternativ yolun 3 il ərzində başa çatdırılması yazılıb:

“Azərbaycan bu yolu cəmi 2 il ərzində heç bir beynəlxalq şirkətin vasitəçiliyi olmadan öz hesabına tam hazır etdi. Düşünürəm ki, bu məsələnin ardınca üçtərəfli bəyanatın digər müddəaları da yerinə yetirilməlidir”.

Politoloq xatırladıb ki, “Qisas” hərbi əməliyyatı keçirildi və Azərbaycan istədiyinə nail oldu: “Bu əməliyyat sayəsində Azərbaycan həm öz, həm də Türkiyənin mövqelərini gücləndirdi. Dünyaya sübut edildi ki, Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq uğrunda qətiyyətli siyasəti var. Bu məsələdə maraqlı olan güclər başa düşdü ki, Azərbaycanın öz tələbləri var və bu tələblər yerinə yetirməlidir. Əgər Qarabağla bağlı razılaşdırılmış digər müddəalar yerinə yetirilməsə, yenidən hərbi əməliyyat keçirilə bilər.

Bu baş verərsə, rus sülhməramlılarının fəaliyyəti kölgə altına düşəcək və Rusiyanın beynəlxalq çərçivədə imicinə zərər gələcək. Rusiya belə bir şeyi heç bir zaman istəməz, buna görə də Soçi görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Putin bu məsələni müzakirə edib və razılığa gəlib. Bu cür məsələlər bağlı qapı arxasında aparıldığına görə ictimaiyyətə açıqlanmadı”.