Soçinin Lazarevski rayonunda Rixter şkalası üzrə 4 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər meri Andrey Proşunin özünün Telegram kanalında məlumat verib.
“Zəlzələnin episentri Qara dənizdə, Soçi sahillərindən təxminən 5 kilometr aralıda yerləşib. Lazarevski rayonunda zəlzələnin gücü Rixter şkalası üzrə 4.0 bal olub”, – deyə o yazıb. Mer vurğulayıb ki, xəsarət alan və ya infrastruktura ziyan dəyməyib.
Şəhərin mərkəzi rayonunda da zəlzələ baş verib. Zəlzələnin gücü Rixter şkalası ilə 3 bal olub.
Bundan əvvəl , 30 dekabr çərşənbə axşamı günü Yaponiyada 5,5 bal gücündə güclü zəlzələ qeydə alınıb. Zəlzələlər yerli vaxtla saat 17:12-də (Moskva vaxtı ilə saat 11:12) Ryukyu adaları yaxınlığında baş verib.












