Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, Şöhrət İsazadə SOCAR-ın İnteqrə olunmuş Planlama, Optimizasiya və Loqistika seqmentinin icraçı direktorun müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Şöhrət İsa-zadə SOCAR-da fəaliyyətinə 2014-cü ildə, SOCAR-ın ləğv edilən “Azərneftyağ” neft emalı zavodunda başlayıb. Həmin tarixdən yeni vəzifəsinə qədər, SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. O, Yüksəliş Müsabiqəsinin qalibidir.\\Valyuta.az