ŞOK HADİSƏ: AMEA-nın obyekti əxlaqsızlıq yuvasına çevrilibbackend

ŞOK HADİSƏ: AMEA-nın obyekti əxlaqsızlıq yuvasına çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən Rəsədxanasının ərazisində yerləşən “Kainat” hotel-restoranının administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, hakim Natiq İsmayəlovun sədrlyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-hotelin koteclərindən birini fahişəkilə məşğul edilməsi üçün 1 gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektə əməliyyat keçiriblər və ikimərtəbəli kotecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediblər. Hadisə vaxtı otaqda çılpaq vəziyyətdə olan kişi ilə qadının kimlikləri müəyyənləşdirilib.