Şok iddia: Ermənistan iki günə bu əraziləri itirəcək – Petrosyanın planıbackend

Şok iddia: Ermənistan iki günə bu əraziləri itirəcək – Petrosyanın planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üç aylıq şok, stress, ağrı və qəzəb bizi bu gün Ermənistanın suverenliyinə və dövlətçiliyinə son qoyacaq bir duruma gətirib, torpaqlarımız və suverenliyimiz ciddi təhlükə altındadır”.

NOCOMMENT teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Ermənistanın səsi” qəzeti yazıb.

“Dağlıq Qarabağın təhvil verilməsindən sonra Ermənistan hakimiyyəti yeni bir mərhələyə hazırlaşır. Bu, başqa dövlətlərin mənafelərinə xidmət edəcək yeni nəqliyyat dəhlizlərinin çəkilməsi adı altında ərazilərimizin bir hissəsinin başqa dövlətə verilməsi ilə bağlıdır. Artıq heç kim üçün sirr deyil ki, Nikol Paşinyan gizli şəkildə türklərə və ruslarla imzaladığı anlaşmaları rəsmiləşdirmək niyyətindədir, başqa bir xain müqavilənin imzalanması gözümüzün önündə hazırlanır”, – deyə nəşr bildirib.

Qəzet Dağlıq Qarabağdakı mühribədən sonra Ermənistanın “uçuruma düşmək təhlükəsi” ilə üz-üzə qaldığını qeyd edib: “Noyabrın 9-da gizli müzakirə edilənlər bu gün artıq aydın olur, Paşinyanı istədikləri yerə çəkə bilirlər. Ermənistan üçün başqa bir biabırçı və dağıdıcı sənədi imzalamaq üçün Moskvaya gedəcək. Söhbət Naxçıvan və Azərbaycan arasında çəkiləcək yeni nəqliyyat xətlərinin keçdiyi Ermənistan ərazilərinin itirilməsindən gedir.

Son nöqtəni qoymaq üçün bir neçə gün əvvəl Moskvadan xüsusi bir təyyarə İrəvana gəldi. Aydındır ki, bu nöqtə yanvarın 11-də Moskvada qoyula bilər. Bu prosesdə Ermənistanı alətə çevirən və qurban verən Nikolu var gücü ilə hakimiyyətdə saxlayırlar. Belə acınacaqlı bir rolu ancaq Levon Ter-Petrosyanın gedişindən bəri bu cinayətkar missiyaya çoxdan hazırlaşmış Paşinyan kimi bir cəllad qəbul edə bilər. İndi əsas məqsəd bu “diri cəsəd”i (Paşinyanı) müqaviləni imzalayacağı yerə çatdırmaq və imzasını almaqdır”.

Qeyd edək ki, bir çox erməni KİV-i, siyasətçiləri Azərbaycanın suveren ərazisinə daxil olan torpaqlarını işğaldan azad etməsi ilə barışmaq istəmir, bunu öz içlərində hansısa xəyanətkarın əməlinin nəticəsi sayırlar. Bütün bunlar yalnız təəssüf doğurur.