ŞOK İDDİA: İran israilli biznesmenin qətli üçün azərbaycanlı killer göndəribbackend

ŞOK İDDİA: İran israilli biznesmenin qətli üçün azərbaycanlı killer göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti İranı Kiprdə yaşayan israilli biznes adamlarına qarşı “terror aktı” təşkil etməkdə günahlandırıb.

NOCOMMENT xəbər verir ki, bundan az əvvəl Kipr adasında bu hücumları həyata keçirməyi planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıb. İsrailin qatı düşməni olan İran bu ittihamları rədd edib. İranın Kiprdəki səfirliyi Reuters agentliyinə bildirib ki, “İsrail daim İran İslam Respublikasına qarşı belə əsassız ittihamlar irəli sürür”.

Yerli media şübhəlinin 38 və ya 39 yaşında olan azərbaycanlı olduğunu bildirir. Onun Kiprə Rusiya pasportu ilə gəldiyi xəbər verilir.

O bir həftə bundan əvvəl Türkiyənin nəzarətində olan şimali Kiprdən yunan Kiprinin paytaxtı Nikosiyaya keçərkən saxlanıb. O həbs edilərkən idarə etdiyi avtomobildən səs boğucusu olan tapança tapılıb.

Bəzi xəbərlərə görə, bu şəxs Rusiyadan üç həftə əvvəl gəlib və polis müşahidəsi altında olub. İsrail və Kipr mediasının yazdığına görə israilli milyarder Tedi Saqi sui-qəsd siyahısında olanlardan biridir.

Lakin həm İsrailin baş naziri Naftali Bennetin ofisi, həm də Saqinin şirkəti onun sui-qəsd siyahısında olmasına dair iddianı rədd ediblər. Sagi Group şirkətlər birliyi bildirib ki, “söhbət İranın qarşısı alınmış terror hərəkətindən gedir”.

Qrup bildirib ki, sui-qəsdin hədəfi konkret olaraq cənab Saqi yox, Kiprdəki israillilər olub. Bir sıra İsrail mediaları hadisənin Saqinin qumar və daşınmaz əmlak biznesi ilə bağlı ola biləcəyini yazırlar.

Bundan əvvəl İsrail İranı və onun müttəfiqi olan Hizbullahı xaricdə yaşayan israilliləri hədəfləməkdə ittiham edib. 2012-ci ildə Kipr məhkəməsi Hizbullah yaraqlı qrupunun üzvlərindən birini israillilərə qarşı qəsd planlaşdırdığına görə məhkum edib.

Elə həmin il İsrail və Bolqarıstan Hizbullahı Bolqarıstanda israillilərə qarşı bomba hücumu təşkil etməkdə ittiham edib. Bu hücum nəticəsində beş israilli və bir bolqar həlak olmuşdu.

İran və Hizbullah bu ittihamları rədd edirdilər.