Ermənistan baş naziri Nikol Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığı alacaq.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hökumətdə olan mənbə baş nazirin arvadı Anna Akopyan və qızı Məryəm Paşinyanın yanvarın 14-də Moskvaya gizli səfər edəcəyini bildirib.
Tam gizli saxlanılan səfər Paşinyanın ailə üzvlərinin Rusiya pasportu almasına hesablanıb.
Modern.az-ın yazdığına görə, Qarabağdakı sarsıdıcı məğlubiyyətdən sonra ciddi reytinq itirən Paşinyan özünün və ailə üzvlərinin təqib edilməsindən qorxur.