ŞOK PROQNOZ: Paşinyan seçkilərdə qalib gəlsə də, 5 il hakimiyyətdə qala bilməyəcəkbackend

ŞOK PROQNOZ: Paşinyan seçkilərdə qalib gəlsə də, 5 il hakimiyyətdə qala bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistandakı bütün siyasi güclər seçkilərə Paşinyanın oyun qaydaları və qrafiki ilə gedir. Bu o deməkdir ki, onlar məğlub olsalar, yalnız özlərini günahlandırmalıdırlar”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın “İnkişaf naminə dönüş” ictimai birliyinin rəhbəri, ekspert Edvard Antinyan səsləndirib. O bildirib ki, seçki kampaniyası hələ rəsmi olaraq başlamasa da, siyasi qüvvələrin mübarizəyə necə girdiyi açıq-aşkar görünür.

Müxalifət deyir ki, Paşinyan bir lider kimi ölkənin maraqlarını təmsil edə bilməyəcək. Çünki Paşinyan Azərbaycana və Türkiyəyə məğlub olduğunu etiraf edir. Eyni zamanda, Antinyanın proqnozlarına görə, Paşinyan seçkilərdə qalib gəlsə də, çətin ki, 5 il hakimiyyətdə qala bilsin./Konkret.az