Şok: Ramiz Mehdiyevə görə radikal müxalifət hərəkətə keçdibackend

Şok: Ramiz Mehdiyevə görə radikal müxalifət hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olan ADP-nin sədri Sərdar Cəlaloğlu EA-nin prezidenti Ramiz Mehdiyevi sərt tənqid etdi. Müsahib açıqlamasında Ramiz Mehdiyevin buraxdığı siyasi nöqsanlardan, radikal müxalifətlə gizli işbirliyindən danışdı.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu verilişdən dərhal sonra sosial şəbəkələrdə Speys TV-yə qarşı geniş kampaniyaya start verilib. Bu proseslərin arxasında isə, nə qədər qəribə də olsa, radikal müxalifət təmsilçiləri dayanır.

Bu gün isə Avropada yaşayan Natiq Adilov daha açıq şəkildə Speys TV-ni, daha konkret desək, “Sadə həqiqətlər” verilişini hədəfə alaraq, kanalın ünvanına təhqirlər yağdırıb. Bu günə qədər heç vaxt Speys TV-ni hədəfə almayan radikal müxalifətin Ramiz Mehdiyevin bu kanalda tənqid olunmasından sonra səs-küy salmaları isə ciddi suallar doğurur.