ŞOK XƏBƏR: Paşinyan torpaqların qaytarılmasına razı olub?backend

ŞOK XƏBƏR: Paşinyan torpaqların qaytarılmasına razı olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin mərhələli həllinə dair razılığına, cinayətkarlığa göz yumduğuna və büdcədən oğurluğuna görə şəxsən cavabdehlik daşıyacaq.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün Ermənistanın Vatikandakı keçmiş səfiri və keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Feysbuk hesabında bu barədə yazıb:

Ի տարբերություն Նիկոլ Փաշինյանի, ով գողացել է իր խոսնակի ֆեյսբուքյան էջի գաղտնաբառը և բացի ՀԺ-ի անանուն խմբագրականներից,…

Gepostet von Mikayel Minasyan am Dienstag, 28. April 2020

“Nəzərə alın ki, siz, Nikol Vovayeviç Paşinyan, Qarabağla bağlı gizli danışıqlarda mərhələli bir plana razılıq verməyinizə və hakimiyyətdə qalmaq müqabilində azad edilmiş torpaqların Azərbaycana qaytarılmasına ilkin razılıq verməyinizə görə, məsuliyyət daşıyırsınız”, – deyə Minasyan statusunun ilk bəndində qeyd edib.

Minasyan hesab edir ki, Paşinyan oliqarxlardan pul alaraq onları “qanunlara tabe olan iş adamlarına” çevirmək, büdcədən on milyonlarla dollar oğurlamaq və s. cinayətlərə görə də cavab verməlidir.