ŞOK: Yasamalda deputatlığa namizəd digər namizədlərin şəkillərini cırdırıb?  – FOTO/VİDEOFAKTbackend

ŞOK: Yasamalda deputatlığa namizəd digər namizədlərin şəkillərini cırdırıb?  – FOTO/VİDEOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə sayılı günlər qalır. Redaksiyamız 15 saylı Yasamal Birinci Seçki Dairəsindən Deputatlığa namizəd, İnternational Mediacal Centre 1-də Plastik cərrah kimi fəaliyyət göstərmiş Vüqar Ələkbərovla bağlı ilginc məlimatlar əldə edib. Belə ki, cumhuriyyet.net-ə verilən məlumata görə, deputatlığa namizəd Vüqar Ələkbərovun tərəfdarları dairə üzrə digər namizədlərin şəkillərinin cırılması ilə məşğul olub. Buna sübut olaraq digər namizədlərin şəkillərinin cırılması, həmçinin Vüqar Ələkbərovun vurulmuş şəkillərinin yanında olan digər namizədlərin şəkillərinin qopardılaraq yerində Vüqar Ələkbərovun şəkillərinin yapışdırılması faktları ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə adıçəkilən hadisədə əldə olunan foto və video materiallardan da aydın görsənir ki, iki nəfər şəxs Yasamal rayon 15 saylı Birinci Seçki Dairəsinin ərazisində qanunsuz fəaliyyətlə məşğul olaraq dövlət tərəfindən rəsmi qeydiyyata alınmış deputatlığa digər namizədlərin təbliğat-təşviqat kampaniyasına maneəçilik törədir.

Aşkar edilmiş faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub.

Qarşı tərəflə əlaqə saxlamağa cəhd etsək də, bu mümkün olmadı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.