Şokolada görə 9 il 6 ay həbs cəzası aldıbackend

Şokolada görə 9 il 6 ay həbs cəzası aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mağazadan satıcıya hədə-qorxu gəlib, xəsarət yetirməklə şokolad aparan şəxsin məhkəməsi başa çatıb.

NOCOMMENT.az – ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasda təqsirləndirilən Orxan Əliyev barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, hadisə 2024-cü ilin noyabrında “Al Market” mağazalar şəbəkəsinin Bakının Nizami rayonunda yerləşən filiallarından birində baş verib.

Orxan Əliyev mağazadan 6 ədəd “Nescafe” və 10 ədəd şokolad götürərək satıcının iradına məhəl qoymadan mağazanı tərk edib. Satıcı onun arxasınca gedərək saxlamağa çalışıb, lakin O.Əliyev əlindəki bıçaqla qadına hədə-qorxu gələrək qoluna xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hadisə barədə polisə məlumat verildikdən sonra Orxan Əliyev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində soyuq silahdan istifadə etməklə hədə-qorxu yolu ilə tələb etmə maddəsi üzrə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Orxan Əliyev əvvəllər də analoji cinayətə görə həbsdə olub.