Solovyov döyülüb efirə çıxdı? – Şok VİDEObackend

Solovyov döyülüb efirə çıxdı? – Şok VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov üzündə döyülmə izləri ilə efirə çıxması sosial şəbəkələrdə müzakirə predmeti olub.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, “Solovyov ilə tam kontakt” verilişinin səhər efiri zamanı aparıcının gözünün altında, burnunda və alnında zərbə izləri açıq aydın görünüb.

Bir neçə saat sonra Solovyovla əlaqə saxlayan jurnalistlərin bununla bağlı sualına aparıcı – “Efirə diqqətlə baxın. Orada hər şey qaydasındadır”, – deyə cavab verib. Solovyov günorta efirinə çıxanda isə artıq üzündəki həmin izlər qrimlənmiş vəziyyətdə olub.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Solovyovun Kremlin piar ruporu olduğu səbəbindən döyüldüyü bildirilir.