Solovyov SAVAŞ deyir: Türkiyə taxılı həll etdi, amma atəşkəs…backend

Solovyov SAVAŞ deyir: Türkiyə taxılı həll etdi, amma atəşkəs…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna taxıl mövzusunda müəyyən razılıqlara gələ bildi. Amma bu o demək deyil ki, Kiyev ilə Moskva arasında atəşkəs olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikri adı qalmaqallarda hallanan rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Heç bir atəşkəsdən sözbət gedə bilməz. Rusiya bir saniyə belə dayanmamalıdır. Bəli, taxıl mövzusu ilə bağlı kiçik bir dəhlizdə müvəqqəti dura bilərik, amma başqa istiqamətlərdə hərbi planlarımızın gerçəkləşməsi naminə döyüşü davam etdirməliyik. Yaxşı ki, Türkiyə öz üzərinə böyük bir öhdəlik götürdü. Həmin koridordan keçən gəmilərə Ankara nəzarət edəcək – taxıl adı altında Ukraynaya silah getməyəcək”, – deyə o qeyd edib.

Solovyov onu da diqqətə çatdırıb ki, bununla da rus ordusunun Zmeyni (İlanlar) adasından çıxma səbəbi bəlli oldu:

“Bu taxıl əməliyyatı başa çatan kimi Zmeyni (İlanlar) adasına nəzarət yenidən Rusiya ordusuna keçəcək”.
Publika.az