Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid – FOTObackend

Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub.

“Rossiya 1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” verilişində aparıcı adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir. V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir.

NOCOMMENT xəbər verir ki, oktyabrın 18-də yayımlanan verilişdə isə Solovyev Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayıb. Xəritədə Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi göstərilməyib. Halbuki, Rusiya Federasiyası bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Solovyev da bunu lap dəqiq bilir, amma erməni feyklərini yaymağa və qərəzli mövqeyinin üstündə durmağa üstünlük verir.