Almaniya kansleri Olaf Şolts ölkənin bütün quru sərhədlərində nəzarətin tətbiq edilməsini dəstəkləyib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
“Qeyri-qanuni miqrasiya bizim istədiyimiz bir şey deyil. Kimin ölkəyə daxil olmaq hüququ olduğuna daha diqqətli yanaşmaq lazımdır. Təəssüf ki, biz bütün qonşularımızın lazımi şəkildə hərəkət etməsinə tam etibar edə bilmərik”, – kanlser qeyd edib.
Şolts bildirib ki, sərhəd nəzarəti Avropa qanunvericiliyinə uyğun həyata keçiriləcək.