Şolts Çinə rəsmi səfər edibbackend

Şolts Çinə rəsmi səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Çinə səfərə başlayaraq ölkənin cənub-qərbindəki Çunçin şəhərinə gedib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, Şolts Çinə Almaniya hökumətinin rəhbəri qismində ikinci dəfədir səfər edir. Bundan əlavə, bu, Qərb liderinin 2024-cü ildə Çinə ilk səfəridir.

Almaniya kanslerini ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat üzrə məsul olan üç nazir müşayiət edir. Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin, xüsusilə “Siemens”, BMW, “Mercedes-Benz” şirkətlərinin nümayəndələri daxildir.