Şolts: Müsəlmanlara qarşı nifrətə yol verilməməlidirbackend

Şolts: Müsəlmanlara qarşı nifrətə yol verilməməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts bildirib ki, irqçilik, yəhudi düşmənliyi və ya müsəlmanlara qarşı nifrətə yol verilməməlidir.

NOCOMMENT.az xəbər verir ki, Şolts 1 iyul Müsəlmanlara Qarşı İrqçiliyin Aradan Qaldırılması Günü münasibəti ilə “Twitter”də paylaşım edib.

Almaniyada irqçiliyin bir reallıq olduğunu bildirən Şolts, bu reallığın birlikdə aşılması lazım olduğunu vurğulayıb.

Almaniyanın daxili işlər naziri Nensi Fazer ölkədə yaşayan 5,5 milyon müsəlmanın çoxunun gündəlik həyatda ayrı-seçkilik və təcrid olunduğunu bildirib.

NOCOMMENT.AZ