Şolts yenidən Putinlə danışmağa hazır olduğunu bildiribbackend

Şolts yenidən Putinlə danışmağa hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz yenidən Rusiya prezidenti Vladimir Putinlə dialoqu davam etdirmək niyyətində olduğunu bəyan edib. Bu barədə TASS DPA-ya istinadən məlumat yayıb.

“Mən onunla danışacağam”,- deyə o bildirib.

Eyni zamanda, Şolz qeyd edib ki, hazırda o, Rusiyanın Ukrayna ilə bağlı hər hansı güzəştə getməsi ssenarisini görmür.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Almaniya Ukraynaya Avropa Birliyinə daxil olmaq üçün zəruri olan islahatlarla bağlı məsləhətlər verir və bunların hamısı məcburidir. O qeyd edib ki, ölkə hansısa geosiyasi qiymətləndirməyə görə Avropa İttifaqına daxil ola bilmir.