Şolts Zelenski ilə DANIŞDIbackend

Şolts Zelenski ilə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki,Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit yazılı açıqlamada, görüşdə Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyətin müzakirə edildiyini bildirib.

Bəyanatda, kansler Şolzun Rusiyanın Ukraynadakı mülki hədəflərə qarşı son hava hücumlarını pislədiyi və Rusiyanın təcavüzü qarşısında Ukrayna ilə həmrəy olduğunu təkrarladığı bildirilib.

Şolts görüşdə Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində Ukraynaya dəstəyini, o cümlədən hərbi dəstəyi davam etdirəcəyini bəyan edib.

NOCOMMENT.AZ