Almaniya parlamentində Almaniya kansleri Olaf Şoltsun əleyhdarları olan “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını almaq üçün hökumət başçısını dəstəkləmək qərarına gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
Qəzetin xəbərində qeyd edildiyi kimi, bazar ertəsi, dekabrın 16-da Şolz hökumətə etimad məsələsini müzakirə edərkən “parlamentdə uduzmaq” üçün hər şansa malikdir.
Politico yazır ki, AfD deputatları Xristian Demokratik İttifaqından (CDU) kansler namizədi Fridrix Merzin Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə pisləşdirə biləcəyindən ehtiyat edərək Şoltsu dəstəkləmək niyyətlərini açıqlayıblar.
Almaniyanın hazırkı hökumətinə etimad səsverməsi ilə bağlı debat bazar ertəsi, dekabrın 16-na təyin edilib. Əgər hazırkı hökumət və Şolz şəxsən etimad səsi alarsa, koalisiya hökumətinin qurulması prosesi başlayacaq. Lakin bu variant mümkünsüz hesab olunur.