Yanvarda Aİ ölkələri Kiyevə Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə 50 milyard avro məbləğində yardımın verilməsinə dair rəsmi razılığa gələ biləcəklər.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Aİ sammitindən sonra keçirilən mətbuat konfransında buna əminliyini ifadə edib.
“Mən tam əminəm ki, biz yanvarda faktiki olaraq razılığa gələcəyik. O, yaxşı hazırlanıb”, – deyə Almaniya kansleri bildirib.
Dekabrın 15-də Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı ilə bağlı qərara Macarıstanın baş naziri Viktor Orban veto qoyub.