Almaniya kansleri İsrailə XƏBƏRDARLIQ ETDİbackend

Almaniya kansleri İsrailə XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Qəzza zolağının Rəfah şəhərində genişmiqyaslı quru əməliyyatına qarşı xəbərdarlıq edib və Fələstin əhalisinə əlavə yardım göstərilməsinə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Avropa ölkələri hazırda Rəfaha hücum barədə düşünməyin məsuliyyətsizlik olduğu fikrində yekdildir. Orada milyonlarla qaçqının sığındığı və müdafiəsiz qaldığı Rəfaha hücum barədə düşünmək indi məsuliyyətsizlikdir. Bunun sonu yaxşı ola bilməz”, – Şolts bildirib.

Bundan əvvəl Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalant bildirmişdi ki, İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərinə İsrail Müdafiə Qüvvələrinin (IDF) əlavə qüvvələrini yerləşdirməyi planlaşdırır.