Şolz və Makron yanvarın 22-də görüşməyi planlaşdırırbackend

Şolz və Makron yanvarın 22-də görüşməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Berlində Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Volfqanq Büxner brifinq zamanı bildirib.

Onun sözlərinə görə, görüş yanvarın 22-də baş tutacaq.

“Diqqətin fevralın 1-də Brüsseldə keçiriləcək fövqəladə Aİ sammitinə hazırlıqla bağlı olacağı gözlənilir. Buraya Ukrayna və Yaxın Şərqdəki vəziyyət kimi mövzular da daxildir”, – Büxner paylaşıb.

O əlavə edib ki, danışıqlardan sonra mətbuatla görüş planı yoxdur.