Somali sahillərində gəmi qaçırılıbbackend

Somali sahillərində gəmi qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Ofisi (UKMTO) Somali bölgəsində silahlı şəxslər tərəfindən gəminin ələ keçirildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə UKMTO -nun “X” məlumatında deyilir.

Qeyd olunur ki, mərkəz Somalinin Eyl şəhəri yaxınlığında ağır silahlı şəxslərin gəmini ələ keçirməsi barədə məlumat daxil olub.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.

Dekabrın 17-də məlum olub ki, Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Alla” hərəkatının (husilər) Qırmızı dənizdəki gəmilərə son hücumları fonunda Pentaqonun təyyarədaşıyan zərbə qrupu Ədən körfəzinə göndərilib.