Somalidə iki Aİ rəsmisi deportasiya edildibackend

Somalidə iki Aİ rəsmisi deportasiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Potensialın Gücləndirilməsi Missiyasının (EUCAP-S) iki məmuru Somalinin paytaxtı Moqadişu həbsxanasında məhbusların qeyri-qanuni fotoşəkillərini çəkməkdə günahlandırılaraq deportasiya edilib.

NOCOMMENT.az xəbər verir ki, Somali Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Baş prokuror Süleyman Mahmud Mohmudun tələbi ilə iki AB rəsmisi haqqında istintaq başladıldığı bildirilib.

Açıqlamada araşdırma nəticəsində həbsxanada məhbusların qeyri-qanuni fotoşəkillərini çəkməkdə ittiham olunan iki Aİ rəsmisinin ölkədən çıxarıldığı qeyd edilib.

Diplomatik toxunulmazlığa malik olduğu elan edilən və deportasiya edilən şəxslərin Polşa vətəndaşı Jacek Jozef Oçman və Almaniya vətəndaşı Ralf Bernhard Qehliq olduğu bildirilib.

NOCOMMENT.AZ