Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yay mövsümünü yaşadığını açıqlayıb.
NOCOMMENT xəbər verir ki, açıqlamaya görə, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb.
Məlum olub ki, yay mövsümündə orta temperaturun kənarlaşması Selsi üzrə 1,76 dərəcə artıb.
İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur qeydə alınıb.