Son bir ildə Ermənistanın müdafiə naziri dördüncü dəfə dəyişibbackend

Son bir ildə Ermənistanın müdafiə naziri dördüncü dəfə dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan əvvəlcə Arşak Karapetyanı müdafiə naziri, Suren Papikyanı isə baş nazirin müavini vəzifələrindən azd edib.

Daha sonra prezident  baş nazir Nikol Paşinyanın təqdimatına əsasən, Suren Papikyanın müdafiə naziri təyin olunması barədə sərəncam imzalayıb.

Qeyd edək ki, S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir.

Müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci ilin noyabrın 20-də işdən çıxarılmışdı. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunmuşdu. Düz 8 aydan sonra o, vəzifəsindən azad olunmuşdu. Həmin ilin avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu.